Sunday , April 28 2024

Azərbaycan Milli Hökumətinin Yaranmasının 78-ci ili

12 dekabr 2023-cü il çərşənbə axşamı bərabərdir 1402-ci il Azər ayın 21-nə Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci ilinə təsadüf edir. Azərbaycan xalqının tarixi şərəfidir ki Şərq xalqları arasında ilk dəfə müasir və ədalətsevər bir hökumət quruldu. Azərbaycan milli hökumətinin düşmənlərinin etirafına görə, Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin bir illik hökuməti Rza Pəhləvinin iyirmi illik dövründən daha çox sivil və ictimai işlər görüb.
1324-cü il Şəhrivər ayın 12-də Azərbaycan Demokrat Firqəsinin yaradılması haqqında bəyannamə xalqımızın tarixində ən böyük şərəfdir ki 78 il keçməsinə baxmayaraq, hələ də Azərbaycan xalqının əsas tələblərini özündə ehtiva edir.

Təəssüflər olsun ki, böyük dövlətlərin Azərbaycan xalqına qarşı etdikləri xəyanətləri, ordu göndərmək və Azərbaycan xalqını sıxışdırmaq üçün Tehranın asılı hökumətinə yol verdi və Pəhləvi rejimi zəmindarlar və Azərbaycandan qaçqınların köməyi ilə ordu tanklarının mühafizəsi altında geri dönülər, və azərbaycanlıları qətl etdilər. Nəticədə milli hökumət bir ildən sonra dağıldı və Azərbaycan düşmənləri Təbrizdə dar ağacı qurub kitabları yandırdılar və şənlik keçirdilər. Amma bir kərə yüksələn bayraq bir daha enməz və milli hökumətin tarixi təcrübələrindən ruhlanan Azərbaycan xalqı azadlıq, ədalət, milli hökumət şüarı ilə yorulmaz mübarizəsini davam etdirir.
Azərbaycan Milli Hökumətinin gördüyü işlər nizamnamənin müddəalarına əsaslanan Azərbaycan Demokrat Firqəsi Konqresin təsdiqi ile ki Azərbaycan Milli Məclisidə keçirilmişdir qısaca qeyd etmək olar:
1-Məclis, əyalət , şəhər, rayon və kənd seçkilərində kişilərlə bərabər hüquqlarla qadınlara seçmək və seçilmək hüququnun verilməsi.
2- Təhsilin bütün pillələrində, xüsusən ilk üç sinifdə ana dilində təhsil. Bu hüquq kürdlər, ermənilər və asurilər kimi azlıqlar üçün nəzərdə tutulmuşdu.
3- Azərbaycan Milli Universitetinin yaradılması.
4- Azərbaycanı tərk edərək milli hökumətə qarşı sui-qəsd təşkil edən sahiblərin xalsa torpaqlarının və müsadirə edilmiş mülklərinin bölüşdürülməsi haqqında qanun.
5- Əmək qanununun və işçilərin sığortasının təsdiqi və həyata keçirilməsi.
6- Ilk dəfə başda Təbriz olmaqla şəhərlərin təmiz su və boru kəməri ilə təmin edilməsi.
7- Azərbaycanın “Aşıqlar”, ənənəvi musiqiçiləri və müğənniləri qrupunun təşkili.
8-Xalqın təhlükəsizliyini təmin etmək
9- Həbsxanaların işləri ilə məşğul olmaq. Azərbaycan həbsxanaları həbs edilən kəndlilərlə dolu idi, hamısı azadlığa buraxılmışdı.
10- Qanunlara və polis və dövlət qurumlarının nəzarətinə uyğun olaraq mənəvi və ictimai fəsadla mübarizə
11- İstehsalın artırılması və işsizliyin aradan qaldırılması.
12- Maliyyə və təsərrüfat işlərinin təşkili.
13- Tikinti Və məskunlaşma.
14- Mədəniyyət və mətbuat xidmətləri.
15- sağlamlıq xidmətləri.
16- İncəsənət sahəsində tədbirlər:
17- Təbriz radiosunun yaradılması