Wednesday , December 4 2024

Dövlətə Qarşı Ümum-Ölkə Kütlə Etirazları və İran İslam Respublikası Tərəfindən Onlara Amansızca Divan Tutma Tutuqlanmışların Uğrunda Azərbaycan İnsan Haqları Üzrə Ərk Cəmiyyətinin Hesabatı

19 Yanvar 2023

Azərbaycan (Güney) İnsan Haqları Üzrə Arc (Ərk) Cəmiyyəti, İran İslam Respublikasının qəddar tutuqlamaları ucundan 16 Sentyabrdan bəri hesabatını güncəlləşdirmiş və bunlar ay-ba-ay Birləşmiş Millətlər Təşkilatına (BMT) sunulmuş (təqdim olunmuş). Son hesabat, 19 Yanvar 2023 buraxıldı və beynəlxalq qurumlara da göndərildi.

Tutuqlanmalar sayca gün-bə-gün qalanır. Lakin biz başlıca ailələr tərəfindən təsbit olunmuş adlara kifayətlənirik. Eyni-halda bunu da yaxşı bilirik ki, tutuqlamaların qurbanları qat-qat çoxdur. Təxminlərimizə görə Azərbaycan əyalətindən İran dövləti ən azı 3000 nəfər fərd və milli fəal tutuqlamışdır. Bunlar basqınçı təhlükəsizlik məmurları tərəfindən sıxışdırılır, tutuqlanır və İranın İttilaat Təşkilatı onları qazamatlarında işgəncəyə məruz edirlər.

Tutuqlu fərdlər və fəalların durumları belə yığcam surətdə qeydə alına bilər:

  • Ən azı 20 Azərbaycan şəhərlərində ayaqlanma baş tutdu
  • Azərbaycan tutuqluları müvəqqəti buraxılış üçün ağır zəmanətə qatlaşmalı olurlar.
  • Bu son ayda hökm kəsmələr başlanmış və hələ işin əvvəllərində toplam 120 illik dustaqlıq hökmü kəsilmiş.
  • Yaralanmışlar üzrə hələ ətraflı hesabat yoxdur.

Ərk Cəmiyyəti Dekabrın sonunadək hazırladığı hesabat 700 fərdin tutuqlanmasını təsbit edir ki, bunların təqribən 400ü Təbrizdə yaxalanmışlar. Tutuqlular ümumiyyətlə işgəncəyə məruz qalır, bütün haqların tətbiqindən məhrum qalır, bəziləri hələ cinsi zorlamalarla üzləşirlər. Təəssüflə, biz bu kimi faciələri yayımlamağa ixtiyarımız yoxdur.

Son hesabatımız İngiliscədə 45 səhifəlik mətndə düzənlənmiş və onu əldə etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.

Link : https://www.arcdh.eu/2023/01/22/general-protests-in-2022-part-5/